"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes futbolçuyla münasibət quranadək həyatında baş verən məqamlardan danışıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı argentinalı model "Nertflix"də onun haqda çəkilən sənədli filmdə vaxtı ilə imkansızlıqdan gecəqonduda qalmaq məcburiyyətində olduğunu dilə gətirib. O, yayda kondisioner, qışda isə istilik sisteminin xərclərini ödəməyə pul tapa bilmədiyini deyib.
Corcina dolanmaq üçün çörək bişirib satdığını da söyləyib. Model, Kriştiano Ronaldo ilə tanış olduqdan sonra bütün həyatının dəyişdiyini bildirib:
"Madridə gələndə durumum acınacaqlı idi. Köhnə anbar otaqlarından birinə sığınmışdım. Burada qaldığım üçün hər ayın sonunda 260 avro ödəyirdim. Kommunal ödənişlər üçünsə pul tapa bilmirdim. Məcburiyyətdən çörək bişirib satırdım. Ancaq Kriştiano ilə tanışlığım bütün həyatımı dəyişdi".