"Mançester Siti"nin futbolçusu Cek Qriliş şəxsi həyatı ilə gündəmdən düşmür.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı ingiltərəli oyunçu bir müddət əvvəl 10 illik sevgilisi olan Saşa Atvodu məşhur aktrisa Emeili Atak ilə aldadmışdı. İngiltərədə bir oteldə görüşən cütlük yenidən bir araya gəlmək üçün çalışırlar. Yayılan xəbərlərə görə, Atvod Qrilişə "ya məni seçərsən, ya da Emelini" – deyərək 10 illik sevgilisinə şərt qoyub.

Qeyd edək ki, Qriliş bu ilin yayında "Aston Villa"dan 117.50 milyon avroya "şəhərlilər"ə transfer olunub.