Portuqaliya millisinin və "Yuventus" klubunun ulduzu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqeslə yeni fotosunu paylaşıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu "instagram" hesabında Corcina ilə birlikdə çəkilən şəklini paylaşaraq "Mənim gözəl kraliçam" sözlərini yazıb.

Sözügedən fotoya yarım saat ərzində 2 milyondan çox "bəyənmə" gəlib.