Bolqarıstanda keçirilən qadın həndbolçulardan ibarət milli komandaların Avropa çempionatında problem yaşanıb.
Offsideplus.az xəbər verir ki, Norveç seçməsinin üzvləri Beynəlxalq Həndbol Federasiyasının rəsmi qaydalarına əsasən onlara verilən bikiniləri geyinməkdən imtina ediblər.
Belə ki, skandinaviyalılar İspaniya yığması ilə 3-cü yer uğrunda görüşə şortlarla çıxıblar. Bunun üzərinə açıqlama yayan Norveç Həndbol Federasiyası komanda üzvlərinin lazımi qaydada cərimələnəcəyini bildirib.
Hər həndbolçuya müəyyən civarda pul cəzası kəsiləcək.