"Fənərbağça"nın sabiq futbolçusu Andre Santos "Qalatasaray"la derbi öncəsi seks partisi təşkil etmələri barədə iddialara cavab verib.

Offsideplus.az xəbər verir ki, o, belə bir parti etmədiklərini bildirib. "Sambaçı" Aziz Yıldırım ilə aralarında olan görüşdən də danışıb.

2009-2011 illər aralığında "sarı-larcivərtli" formanı geyinən Andre Santos ölkəsində verdiyi müsahibədə "Fənərbağça"da "Qalatasaray"la derbi öncəsi seks partisi iddialarını yalanlayıb.

"Luqanonun ad günü idi və parti qurmuşduq. Gecə saat 1:30-da Roberto Karlosla birlikdə evə getdik. Derbidən 2 həftə əvvəl partini etmişdik".