İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyas və həyat yoldaşı Sara Karbonero ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə cütlük öz "İnstaqram" səhifələrində məlumat yayıb. Münasibətlərinə son verən ikili aralarında hörmət və dostluğun daim qalacağını bildiriblər. Onlar ayrılığın səbəbini açıqlamayıb.

Qeyd edək ki, 2 övladı olan İker və Sara 12 ildir ki, birlikdə idilər.