İker Kasilyas və həyat yoldaşı Sara Karboneronun ayrılması xəbərləri yalanlanıb.
Offsideplus.az "The Sun" nəşrinə istnadən xəbər verir ki, bir neçə gün öncə cütlüyün ayrıldığı iddiaları yayılıb. Lakin cütlüyə yaxın mənbənin verdiyi məlumata görə, şayiələr əsassızdır. 12 ildir birlikdə olan ikili birlikdə həyatlarına davam edirlər.
İspaniya jurnalı "Lecturas"da yer alan məlumata görə, Kasilyas və Saranın sağlamlıqlarında üzləşdikləri problemə görə bir-birlərindən uzaqlaşıb və ayrılmaq qərarına gəliblər. Ürəktutması keçirən 39 yaşlı qolkiperin xərçəng xəstəliyindən müalicə aldığı zaman həyat yoldaşının yanında olmadığı iddia olunurdu. Lakin bu şayiələr yalanlanıb və Kasilyasın xəstəliyi zamanı Saraya dəstək olduğu açıqlanıb.
Qeyd edək ki, cütlüyün 7 və 4 yaşında iki oğlu var.