"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo yaşıl maydanlardan kənarda da xeyli sərvət qazanır.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçunun təkcə "instagram"da etdiyi bir paylaşımın qiyməti 1 milyon 250 min dollar dəyərindədir.

Bu platformada Ronaldonu 263 milyon nəfər izləyir.

Kriştianonun sosial şəbəkələrdə izləyənlərin ümumi sayı isə 500 milyon nəfərdir ki, bu da hazırda əlçatmaz rekorddur.