Münhen "Bavariya"sının futbolçusu Jerom Boatenqin keçmiş sevgilisi model Kasia Lenhardt evində ölü tapılıb.

Offsideplus.az xəbər verir ki, paytaxt Berlin polisinin ötən gün mərhumun cəsədini tapdığı məlum olub.

Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Qeyd edək ki, Boatenq keçən həftə sevgilisi ilə 15 aylıq münasibətinə son verib.