"Yuventus"un futbolçusu Kriştiano Ronaldo və Corcina Rodriqesin başı dərddədir.
Offsideplus.az Rainews24-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduzun sevgilisi ilə keçirdiyi qısa müddətlik tətildə koronavirus qaydalarını pozduğu bildirilir. Hadisənin yerli polislər tərəfindən araşdırılmasına başlanıb.
Belə ki, cütlüyün Corcinanın ad günüsü üçün "narıncı" bölgə elan edilən Kurmayerə getdikləri qeyd olunur. 27 yaşlı model sosial şəbəkə hesablarında paylaşım etsə də, çoxlu tənqidlərdən sonra həmin şəkillərini silib.
Xatırladaq ki, Portuqaliya millisinin düşərgəsində koronavirusa yoluxan Kriştiano Ronaldonun şəxsi təyyarə ilə İtaliyaya qayıtması da, çox danışılmışdı.