"Arsenal"ın yeni transferi Omar Rekik İngiltərədə müzakirə adamına çevrilib.

Onu məşhurlaşdıran isə nə məşhurlaşmadan "Arsenal"a keçididir, nə indiyə qədər peşəkar səviyyədə futbol oynamadan İngiltərənin nəhənglərindən birinə transfer olunması, nə də futbolçu bacarığı. 19 yaşlı gənci dillərə salan onun xarici görünüşüdür.

Offsideplus.az xəbər verir ki, Rekikin "Arsenal"a transferi onu xeyli məşhurlaşdırıb. Vaxtilə sosial şəbəkələrdə sıradan biri olan əslən tunisli müdafiəçi indi "instagram ulduzu" hesab olunur. "Arsenal"la müqavilə bağlayana qədər "instagram"da izləyici sayı 46 minə yaxın idisə, indi bu say 55 minə çatıb. Yeni izləyicilərinin böyük əksəriyyəti də zərif cinsin nümayəndələridir.

Omarın qarayanız və şux qamətli olması qızların ağlını başından alıb. Hər gün xeyli sayda əks-cins nümayəndəsi onu izləməyə alır, şəkillərinin altına yazılan xoş sözlərin ardı-arası kəsilmir: "Sən inanılmaz dərəcədə yaraşıqlısan, sən əsl modelsən, "Arsenal"ın tarixində ən yaraşıqlı futbolçu..."

Hətta kişi izləyicilərdən biri paxıllıq hissini saxlaya bilməyərək "Arsenal" bu oğlanı futbol oynamaq üçün yox, komandanın çətin vəziyyətində başları qatmaq üçün gətirib" şəklində şərh yazıb.

Qeyd edək ki, Omar Rekik bir həftə əvvəl "Herta"dan "Arsenal"a 600 min avro qarşılığında transfer olunub.

IMG 0152

IMG 0151

IMG 0148

IMG 0150

IMG 0149