"Milan"ın isveçli ulduzu Zlatan İbrahimoviçin türkiyəli müğənni Ebru Gündeşin fanatı olduğu üzə çıxıb.

Offsideplus.az xəbər verir ki, bu barədə komanda yoldaşı Hakan Çalhanoğlu "O SES TÜRKİYE" proqramının yeni ilə həsr olunan buraxılışında məlumat verib.

Hakan Zlatanın ən sevdiyi Ebru Gündeş mahnısının "Çingenem" olduğunu da bildirib.

İbrahimoviç proqrama göndərdiyi videoda Ebru Gündeşə fanatı olduğunu və "Çingenem" mahnısının ən sevdiyi ifası olduğunu deyib.