Kriştiano Ronaldo "instagram"da yeni şəkil paylaşıb.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu izləyicilərinə Milad bayramını necə qarşıladığını göstərmək istəyib. Belə ki, yataq geyimində olan ("pijama" dediyimiz) Ronaldo ilə xanımı Corcina Rodriges və dörd övladı ilə birgə evdə qurduqları şam ağacının ətrafına yığışıblar. Şəkildə ən diqqətçəkən görüntü Kriştianonun başındakı ağaclardır. 

Futbolçu fotonun altında insanlara ürək sözlərini çatdırıb: "Milad bayramınız mübarək! Bol sevgi, sağlamlıq və xoşbəxtlik".

7689