Londona maraqlı hadisə baş verib.

Xeyriyyə xarakterli dükandan "Bibliya" alan müştəri kitabın içində intim şəkillər görüb.

Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, müştəri şəkillərin kimə məxsus olduğunu bilməyib. "Dərdini" ətrafdakılara danışandan sonra məlum olub ki, fotodakı şəxslər məşhur futbolçular Dieqo Kosta ilə Qabriel Jesusdur. Qadın isə dəyişməzdir, hər iki şəkildə eyni insandır. 

Yataqda qadınla şəkil çəkdirən futbolçuların heç birinin üst geyimi olmayıb. Şəkillərin çəkilmə anında futbolçular eyni məkanda olmayıb. Ehtimal olunur ki, başqa-başqa zamanlarda çəkilib, sadəcə, fotolar xanımda olub, o d hansısa məqsədlə belə bir addım atıb. Və ya şəkillər kitabın arasında unudulub. 

Mənbə bildirir ki, "Bibliya"nı mağazaya ispan, ya da latın amerikalı görünüşlü qadın gətirib. Kitabı xeyriyyə məqsədli dükana verməsinin səbəbinin dostunun Böyük Britaniyanı tərk etməsi və ona məxsus əşyalardan qurtulması olduğunu deyib. 

Qeyd edək ki, Kosta 2014-17-ci illərdə "Çelsi"nin formasını geyinib. 23 yaşlı Jesus isə 2017-ci ildən bu yana "Mançester Siti"nin şərəfini qoruyur. Jesus Fernanda Keyruş adlı model sevgilisindən bir müddət öncə ayrılıb. 

kosta

725201d10adbbb12dcd606b101552dc8 quality 70Xresize 1Xallow enlarge 0Xw 700Xh 700