Noyabrın 25-də 60 yaşında dünyasını dəyişən Dieqo Armando Maradonanın 10 övlad atası olduğu üzə çıxıb.

Maraqlıdı bilirsiz nədir? Həmin 10 uşağın 3 fərqli ölkədən (Argentina, İtaliya, Kuba) 7 qadından olması. Ölüm ayağında olarkən milyonların sevimlisinin bank hesabında pul yox imiş. Əvəzində xeyli sayda daşınmaz əmkar, bahalı maşınlar, qızıl-zinət əşyaları qalıb. İndi ortaya böyük bir sual çıxır: Maradonanın sərvətinə kim sahib çıxacaq? Milyonlarla dəyərində malikanələr, obyekt və lüks avtomobillər kimə qalacaq?

Maradona hər nə qədər qadınları dəyişməkdə maraqlı olsa da, həyatında 26 illik qadının olması fikirləri müəyyən mənada dəyişməyə kömək edir. 1976-cı ildə, yəni 16 yaşında qonşuluqda yaşayan Klaudia Vilyafanya adlı həmin dövr üçün gözəl xanımla yaxından tanış olur. Kaudia rəhmətlikdən 2 yaş böyük imiş. Cütlük birlikdə xoş günlər keçirir, yekunda Dieqo qızı valideynləri ilə tanış edir. Və beləcə ailə həyatı qururlar.

Klaudia Maradona ilə hər yerə gedir, Barselonaya, ordan Neapola. Ünlü ərinin bütün problemlərinə dözür, narkotik istifadəçisi olmağına, xəyanətlərə, döyüb-söyməklərinə. Amma ayrılmırlar, birgə yaşamağa davam edirlər. 2003-də, nəhayət, boşanmağı qərara alırlar. Sonradan dost qalırlar, hətta Klaudia Maradonanın agenti kimi fəaliyyət göstərir. 

Klaudia və Maradona

12

Armando 2005-ci ildə, yəni 45 yaşı olanda 25 yaşlı bədən tərbiyəsi müəlliməsi ilə tanış olur. Veronika Oxeda üçün məşhur futbolçu ilə dil tapmaq çətin olmur. Həm eyni qəsəbədən idilər, həm də Veronika futbolu sevirdi. Bu dəfə də narkotik aludəçiliyi, başqa qadınlara meyllilik cütlüyün axırına çıxır. 8 illik xoş günlər və atasız böyüyən Rosio Oliva. Beləcə ikinci ailə həyatı da uğurlu alınmır. 

Veronika və Maradona

Безымянный

Maradona və Valeriya

555

Sonradan Neapol gözəli Kristiana Sinaqra, boilinq mərkəzində ofisiant işləyən Valeriya Sabalayn da Maradonanın tələsinə düşür. Nəticədə rəsmi nigahsız daha iki övlad dünyaya gəlir. Sinaqra "Napoli"nin ulduzundan olan oğluna Dieqo Armando Maradona Sinaqra adını qoyur ki, sonralar həmin uşaq ata Maradonanın gözünün ağı-qarasına çevrilir.

Ata və oğul Maradona

333

Əfsanəvi futbolçunun qadın mövzusu haqda sutkalarla danışmaq olar. Qısaca ona deyə bilərik ki, Maradonanın rəsmi nigahdan 5, sərbəst münasibətdən daha 5 övladı var. İlk həyat yoldaşı olmuş Kaudiadan iki qızı var - Dalma (1987) və Caninna (1989). Qadınlar isə 3 fərqli ölkədən - Argentina, İtaliya və Kubadan olub. 2016-cı ildə Fidel Kastro onu narkomaniyadan müalicə olunmaq üçün Kubaya dəvət edəndə "əfsanə" orda da dinc dayanmayıb. Üç qadından - Xoana, Lu və Xavielitudan övladları dünyaya gəlir.  

Dieqonun 10 övladı arasında ən çox sevdiyi yuxarıda adları çəkilən ilk uşaqları olub. Onsuz da sağ ikən digərlərinə müəyyən mənada atalıq edib, var-dövlət verib. Amma ölümündən sonra qalan sərvət iki qızına və çox sevdiyi oğluna qismət olacaq. Təbii ki, həm də birinci həyat yoldaşı olmuş Klaudiaya.

Klaudia, Dalma, Maradona və CaninnaБезымянный