Futbolçu karyerasını 7 ildir bitirməsinə baxmayaraq ingiltərəli ulduz oyunçu kimi gəlir əldə etməyə davam edir. 

Offsideplus.az xəbər verir ki, Devid Bekhem video oyun nəhəngi "FİFA-21" ilə müqavilə imzalayıb. 3 illik razılaşmanın əsasında 45 yaşlı Bekhemin 40 milyon funt-sterlinq pul qazanacağı məlum olub.

Bekhem FİFA oyunlarının reklam üzü olacağından, oyunda yer alan Ronaldo və Zidan kimi ulduzlardan daha çox gəlir əldə edəcək.

Xatırladaq ki, karyerasını 2013-cü ildə bitirən Devid Bekhem "Mançester Yunayted", "Real Madrid", PSJ "Milan" kimi nəhəng klublarda çıxış edib.