K-1 döyüş növü üzrə dünya və Avropa çempionu Zabit Səmədovdan xəbər var.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Türkiyənin "Kuruluş Osman" serialında çəkilişlərə başlayıb.

Lakin tamaşaçılar onu ilk dəfə adıçəkilən serialın 35-ci bolümündə görə biləcək.

Serialın prodüseri, ssenari müəllifi və layihə dizayneri Mehmet Bozdağ sosial şəbəkə hesabında bu barədə yazıb: "Azərbaycanlı kikboksinq ustası Zabit Səmədov "Kurtuluş Osman" serialında iştirak etdi. Can Azərbaycan, salam olsun. Ordularımız müzəffər olsun"!

Qeyd edək ki, qardaş ölkə mediasında Səmədovun film çəkilişinə görə nə qədər qazanacağı haqda məlumat yoxdur.

yenigundem b8f39b7adac992e538fb73a0017055b4 mg685wvahtj7ekfrszp4 620x460