"Yuventus"un ulduzu Kriştianu Ronaldo yenidən özündən söz etdirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu sevgilisi Corcina Rodrigesə bahalı nişan üzüyü hədiyyə edib. Üzüyün dəyəri 615 min funt-sterlinqdir (təxminən 1 milyon 340 min manat).

Xəbərlərin yayıldığı vaxtda Corcina bir səhifədə həmin üzüyün fotosuna rəy yazıb.

1600068039 1600067940 1600062408 1599999510 8768

 

Bu üzük futbolçuların sevgililərinə və həyat yoldaşlarına hədiyyə etdiyi ən bahalı zərgərlik məmulatı hesab olunur. Bundan əvvəl ingilis qapıçı Cordan Pikford sevgilisinə 540 min, başqa bir ingilis futbolçu Eşli Koul 295 min funt-sterlinqlik hədiyyə edib. (fanat.az)