"Yuventus"un portuqaliyalı ulduzu Kristiano Ronaldonun sevgilisi Corcina Rodriqeslə yeni görüntüləri yayılıb.

 Offsideplus.az xəbər verir ki, İtaliyanın Portofino bölgəsində tətil edən cütlüyün yeni fotolarında bir məqam diqqəti cəlb edib.

İngiltərə mediasının iddiasına görə, Corcina Rodriqes növbəti – 5-ci dəfə hamilədir. 

Məşhur restoranda dostları ilə görüşən cütlük həmin yerə gələrkən Corcinanın geyimi və bədən ölçüsü diqqətləri çəkib. 

Sosial şəbəkələrdə isə bunun sadəcə geyimlə ya da Rodriqesin bədən forması ilə əlaqədar olduğu barədə rəylər yazılıb.

{gallery preview_height=400 open_graph=0}2020-08-05/geo-1{/gallery}