"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldonun model sevgilisi Corcina Rodrigezlə yaxta tətili davam edir.
Offsideplus.az xəbər verir ki, cütlük İtaliyanın məşhur turizm bölgəsi Portofinoda dincəlir.
Uşaqları yanlarında görünməyən sevgililərə dostları yoldaşlıq edirlər.
Gün boyu dənizə girən, günəş vannası qəbul edən qrup ara-sıra yaxtada yemək yeyərkən görüntülənir.
Ronaldonun sevgilisinin bikini üzərindən çeşid-çeşid yubka və donlar geyindiyi və dənizə girməməsi diqqət çəkib. Corcina bir müddət yaxta üzərində günəşlənərkən görüntülənib.
Corcina "Instagram" hesabında barmağındakı iri üzüyü göstərdiyi foto paylaşıb. Bu isə ağıllara evlilik təklifini gətirib.