"Keşlə" klubunun futbolçusu Ruslan Qurbanov diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq hücumçusu "instagram" sosial şəbəkəsində izləyici sayını artırmaq üçün maraqlı üsula əl atıb.

Belə ki, Qurbanov bir müddət əvvəl təhqiramiz ifadələr işlətməklə gündəmə gələn məmur qızının "Giveaway"nə qoşulub.

Həmin şəxs isə "Lifttəmir" İstehsalat Birliyinin keçmiş baş direktorunun qızıdır.

Qeyd edək ki, bu  "Giveaway"ə qoşulmaq üçün istifadəçilər 1000 AZN məbləğində pul ödəyir. Qalib şəxs isə mənzil qazanacaq.

{gallery preview_height=400 open_graph=0}2020-06-10/rus-1/{/gallery}