"Vurduğum heç bir qol Corcina ilə münasibətdə olmaqdan gözəl deyil" deyən Ronaldonun sevgilisi Corcina Rodriqez maraqlı etirafları ilə diqqətləri çəkib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı cazibədar model İtaliyanın məşhur "Grazia" dərgisinə müsahibə verib. O, Ronaldo ilə ilk tanış olduqları günü xatırlayıb və həmin gün çox həyəcanlı olduğunu bildirib. İlk dəfə "Gucci" firmasında satış meneceri işlədiyi zaman Ronaldo ilə tanış olduğunu deyən Corcina həmin anların bir yuxu kimi olduğunu deyib:
"Diqqətimi çəkən boyu, vücudu və özünəbaxan biri olması idi. Onu gördüyüm zaman titrəyirdim. Çox utancaq biri idim, ancaq Ronaldo bir baxışı ilə məni özünə heyran etmişdi. Sonrasında isə mənə yaxınlaşması, sevməsi və diqqət göstərməsi məni ona daha çox bağladı" - deyə Corcina Rodriqez bildirib.
{gallery preview_height=460}2020-02-05/curti-1/corci-1/{/gallery}