Fransa Futbol Federasiyası oruc tutan futbolçuların oruclarını açması üçün matçlarda fasilə verilməsini qadağan edib. 

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, FFF-nin Hakimlər Komissiyası Liqa-1 hakimlərinə e-məktub göndərib.

Məktubda Ramazan ayında oyunlarda fasilələrə icazə verilmədiyi qeyd olunub. Belə ki, fasilələr FFF-nin nizamnaməsinə uyğun gəlmir və qaydaları pozan hər bir şəxs intizam və və qanuni məsuliyyətə cəlb olunacaq. Oyunlarda hər hansı siyasi, ideoloji, dini və ya həmkarlar ittifaqı çıxışları və şüarlarının qadağan olduğu bildirilib.

Qeyd edək ki, İngiltə Premyer Liqasında müsəlman futbolçuların oruclarını açması üçün fasilələr tətbiq olunur.