PSJ-də ciddi itki baş verib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin qapıçısı Canluici Donnaruma Fransa Liqa 1-in XVI turu çərçivəsində "Monako" ilə oyunda zədələnib. Matçın 22-cı dəqiqəsində Vilfred Sinqo ilə ikili mübarizə zamanı üzündən xəsarət alan italyan qolkiperə çoxsaylı tikiş atılıb.
Klub Donnarumanın tibbi müayinələrdən sonra bir müddət dincələcəyini açıqlayıb.