Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış 1 görüşdə "Şamaxı" "Qarabağ"a uduzdu - 0:1
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:.
"Üzücü məğlubiyyət oldu. Son dəqiqələrdə təəssüf ki, qol buraxdıq. Futbolçularım xarakter göstərdi, vuruşdu. Epizodlardan daha yaxşı istifadə etsəydik, xal qazana bilərdik. Üç gündən-bir oynayırıq. Heyətimiz geniş deyil. Sayılmayan qolumuzda ofsayd xətti müəmmalı qaldı. Məncə, şübhəli məqamdır. Mənə görə ofsayd yox idi. Davam edəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Qış fasiləsinə gedirik. Bütün komandalar yorğundur. Amma mən futbolçularıma inanıram. "Qarabağ"la matçdan 3 gün sonra "Sabah"a qarşı oynamaq çox çətindir. Komandanın bu gün göstərdiyi oyun mənə ümid verir.