Roberto Firmino karyerasını yenidən Avropada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının "SBA Sport" kanalı yayıb.

İddiaya görə, "Əl-Əhli"də çıxış edən 33 yaşlı forvardla "Fənərbağça" yaxından maraqlanır. Avropaya qayıtmaq istəyən braziliyalı bu təkliflə razılaşmaq niyyətindədir.

Qeyd edək ki, Firminonun "Əl-Əhli" ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var. Onun hazırda dəyəri 6 milyon avrodur.