"Vulverhempton"un yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu Vitor Pereyra çalışdıracaq.
Portuqaliyalı ilə 1,5 illik müqavilə imzalanacaq.
Pereyra son olaraq Səudiyyə Ərəbistanı klubu "Əl-Şabab"ı çalışdırırdı. Ərəblər mütəxəssislə yollarını ayırdıqlarını rəsmən açıqlayıblar. Mütəxəssisin "Lester"lə qarşılaşmada iş başında olacağı bildirilir.
Qeyd edək ki, "Vulverhempton"u Qari Onil çalışdırırdı. Komanda Premyer Liqada 16 matç keçirib. Bu görüşlərdən sonra "canavar"lar 9 xalla 19-cu pillədə qərarlaşıblar.