Fatih Terimin baş məşqçilik edəcəyi yeni komanda bəlli olub. 

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis Səudiyyə Ərəbistanı Pro Liqasına yollanmağa yaxındır. "Al Şabab" klubu Fatih Terimi baş məşqçi vəzifəsinə gətirmək istəyir və tərəflər arasında razılığın əldə olunduğu bildirilir. 

Qeyd edək ki, "Al Şabab"ın son baş məşqçisi hazırda "Vulverhempton"u çalışdıran Vitor Pereyra idi. 

Xatırladaq ki, sonuncu dəfə ötən mövsüm "Panatinaikos"u çalışdıran Terim 7 aya yaxındır ki, klubsuzdur. Onun adı Azərbaycanın "Neftçi" klubu ilə də hallanırdı.