Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qre tutduğu vəzifədən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qərar çərşənbə günü FFF İcraiyyə Komitəsinin fövqəladə iclasında qəbul edilib.Federasiyanın rəhbəri vəzifəsini müvəqqəti olaraq qurumun vitse-prezidenti Filip Diallo icra edəcək.
Fransanın idman naziri Ameli Udea-Kasteranın tapşırığı ilə FFF-nin ümumi idarəçiliyi ilə bağlı audit yoxlamasına qədər Le Qrenin fəaliyyəti dayandırılıb.