Futbol üzrə İspaniya Super Kuboku uğrunda kişilər və qadınlar arasında yarışlar çərçivəsində matçlarda əlavə vaxt ləğv edilib.
Offisedplus.az bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) rəsmi saytına istinadən xəbər verir.
İspaniya Kral Futbol Federasiyası bəyanatında, bu addımı yarışlarda iştirak edən futbolçuların iş yükünü azaltmaq istəyini təmin etmək məqsədilə atıldığını qeyd edib.