"Barselona" azarkeşləri klub prezidenti Joan Laportaya tələb irəli sürüblər.
Offsideplus.az xəbər verir ki, onlar komandadan "Atletik"in oyunçusu Niko Uilyamsın transferini istəyirlər.
Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən oyunçunun Kataloniya təmsilçisinə keçidində problemin yarandığı qeyd olunurdu.
Onun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.