"Atletiko Madrid"in kapitanı Koke komandasının sabah keçiriləcək Super Kubok yarımfinal matçı öncəsi açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Koke planlarının olduğunu bildirib: “Sabah Real Madridə qalib gələrək finalda oynamaq üçün əlimizdən gələni edəcəyik. Bizim oyun planımız var.”

Koke sözlərinə əlavə edib ki, komandası matça tam motivasiya ilə çıxacaq və hər şeyini ortaya qoymağa hazırdır.