"Barselona" cari mövsümün ən parlaq simalarından olan Fermin Lopes sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 2 həftə meydanlardan uzaq qalacaq.
Bu barədə katalon klubunun mətbuat xidməti məlumat yayıb.
F. Lopes bu mövsüm 13 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə çıxış edib.
Qeyd edək ki, qarşıda "Barselona"nı "Alaves", "Atletiko" (Madrid) və "Betis"lə çətin oyunlar gözləyir.



