"Atletik" sabiq futbolçusu Emerik Laportu komandaya qaytarmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, Bilbao klubu təcrübəli müdafiəçi ilə şəxsi məsələlərdə razılığa gəlib. Onlar bu həftə ərzində keçidi tamamlamağa çalışacaqlar.
Bu barədə "Radio MARCA" məlumat yayıb.
Laport 2 mövsümdür "Əl-Nəsr"də çıxış edirdi.
O, 2012-18-ci illərdə arasında "Atletik"in formasını geyinib. 31 yaşlı müdafiəçi burada 222 oyuna çıxıb və 10 qol vurub.



