Lamin Yamal "Barselona"nın sabiq baş məşqçisi Xaviyə təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu ispaniyalı mütəxəssis barədə xoş sözlər deyib:
"Xavi bizə - gənc oyunçulara debüt etmək imkanı verdi. Ona təşəkkür etmək istərdim. Hamımız Xaviyə minnətdarıq. O olmasaydı, bu olmazdı".
Əlavə edək ki, Xavi ötən ilin yayında "Barselona"dan ayrılıb. Onun yerinə Hansi Flik gəlib.
"Barselona" ötən gün 28-ci İspaniya çempionluğunu qazanıb. Katalon klubu Flikin rəhbərliyi altında 3-cü kubokunu qazanıb.



