"Atletiko" hazırda icarə əsasında "Betis"də çıxış edən Antonini transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki. Madrid klubu braziliyalı vinger üçün "Mançester Yunayted"dən məlumat alıb. "Qırmızı şeytanlar" onun üçün 40-60 milyon avro tələb edir.
Bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Antoni bu ilin yanvarında "Betis"ə qoşulub. O, burada 19 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.