"Barselona" klubu İspaniya xaricində ilk fan-shopu Gürcüstanın paytaxtı Tiflisdə açacaq.
Offsideplus.az xəbər verir ki, şəhərin tarixi mərkəzində yerləşəcək mağaza bu il martın 29-dən etibarən fəaliyyətə başlayacaq.
Kataloniyalılar merçandayzinq və lisenziya biznesinin inkişafı proqramı çərçivəsində Tiflisdən sonra İspaniyada daha 2 fan-shop açmağı planlaşdırırlar.
Belə mağazlardan biri Malyorkada olacaq. Yayın əvvəlində isə Palma-de-Mayorka şəhərinin hava limanında "Barselona" fan-shopunun açılışı gerçəkləşəcək.