La Liqa "Barselona" və "Osasuna" klublarının müraciətini geri çevirib.
Offsideplus.az xəbər verir ki, "Barselona" - "Osasuna" qarşılaşması martın 27-də baş tutacaq. Klublar oyunun vaxtının dəyişdirilməsi üçün müraciət etsə də, La Liqa "yox" cavabı verib.
"Barselona" sözügedən qarşılaşmaya 2 itki ilə çıxacaq. Belə ki, Ronald Arauxo və Rafinya milli komandaların oyunlarına görə matçı buraxacaq. Baş məşqçi Hansi Flikin bu qərara görə La Liqa rəhbərliyinə qəzəbləndiyi bildirilir.
Xatırladaq ki, "Barselona" - "Osasuna" görüşü martın 8-də keçirilməli idi. Lakin birinci komandanın həkiminin qəfil vəfatı səbəbindən matç təxirə salınmışdı.