PSJ klubu "Real Madrid" klubundan qisas almaq qərarına gəlib.
Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi Kilian Mbappeni azad agent kimi transfer edən "Kral klubu"na qarşı hələ də əsəbidir.
Buna görə də klub prezidenti Naser Əl-Xelaifi madridlilərdən qisas almağa hazırlaşır. Onlar "Real"ın akademiyası "La Fabrika"nın gənc ulduzlarından birini transfer etmək istəyir.
Qeyd edək ki, fransız forvard 2022-ci ilin yayında "Real"a keçməyə yaxın olsa da, PSJ futbolçunu komandada qalmağa razı sala bilmişdi. Klub 2024-cü ilin yayında Mbappe ilə müqavilənin yenilənəcəyinə inansa da, oyunçu Florentino Peresin komandasına keçmiş və Paris təmsilçisi futbol tarixinin ən səs-küylü keçidi üçün bir qəpik belə qazana bilməmişdi.