Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldu ölkə prezidenti seçilməyə qadirdir.
Offsideplus.az xəbər verir ki, bu açıqlama Lissabon "Sportinq"inin üzvü Konrad Harderə məxsusdur.
O bildirib ki, dünya ulduzu Portuqaliyada vacib şəxsdir: "Sportinq" Kriştianonun bu klubu təmsil etməsinə görə fəxr edir. O, nəinki klubda, bütün ölkədə mən gözlədiyimizdən də çox dəyişikliklər etmək gücünə malikdir. Əgər Ronaldu Portuqaliya prezidenti postuna namizədliyini versə, qalib gələr".
Harderin sözlərindən fərqli olaraq, Ronaldu siyasətlə məşğul olmaq istəyi barədə heç vaxt açıqlama verməyib. Onun "Sportinq" klubunun prezidenti vəzifəsinə namizədliyi bir müddət öncə müzakirəyə çıxarılıb.
Qeyd edək ki, 5 dəfə "Qızıl top" müafatının sahibi olan Kriştiano karyerası ərind 928 qol vurub. 40 yaşlı futbolçu Portuqaliya milli komandasında keçirdiyi 217 matçda 135 dəfə fərqlənib.
Xatırladaq ki, indiyədək yalnız bir futbolçu - "Milan"ın liberiyalı keçmiş oyunçusu Corc Vea öz ölkəsinin ən yüksək rəhbər postuna seçilib.
BU DA MARAQLIDIR: