Dərin maliyyə böhranı keçirən "Mançester Yunayted" rəhbərliyi vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir qərar verib. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın ev oyunlarına biletlərin qiyməti bahalaşıb. 

Belə ki, "Old Trafford" stadionunda sevimli komandalarını canlı izləmək istəyən mövsümi abunəçilər 2025/26 mövsümündən etibarən 5% çox ödəməli olacaqlar.

"Mançester Yunayted" bununla bağlı bəyanat yayıb.

Xatırladaq ki, maliyyə böhranından çıxmaq üçün "Mançester Yunayted"in 300-dək işçisi ixtisara salınıb, stadionda və klubun bazasında çalışan əməkdaşların əkksəriyyətindən imtiyazlar götürülüb.