La Liqanın XXVI turunda "Barselona" "Real Sosyedad"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, kataloniyalılar rəqibini darmadağın edib.
Oyunda hesab 25-ci dəqiqədə Cerard Martinin qolu ilə açılıb. 29-cu dəqiqədə Mark Kasado fərqi iki topa yüksəldib. 56-cı dəqiqədə Ronald Arauxo üçüncü topu qonaqların qapısından keçirib. Robert Levandovski 60-cı dəqiqədə vurduğu qolla yekun hesabı müəyyənləşdirib.
"Barsa" "Real Sosyedad"a 4-0 qalib gəlib.
Qolları təqdim edirik: