Leo Messidən sonra daha bir əfsanə "Barselona"ya qayıtmaq istəyir.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun karyerasını Kataloniya təmsilçisində bitirmək arzusu barədə məlumat vermişdik.
"Sport" nəşri Neymarın agentindən onu İspaniya klubuna qaytarmasını istədiyini bildirir. "Sambaçı" yayda azad agent kimi "Barselona"ya dönmək arzusundadır və bunun üçün məvacibini azaltmağa hazırdır.
Qeyd edək ki, "Əl Əhli" ilə müqaviləsinə xitam verən Neymar bu ilin yanvar ayında "Santos"a qoşulub. Onun klubla müqaviləsinin müddəti yayda başa çatacaq.