Bu gün "Barselona"nın baş məşqçisi Hansi Flik üçün ikiqat əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, almaniyalı çalışdırıcı 60 yaşını qeyd edib.
Yubileyə ən yaxşı hədiyyələrdən biri onun uğurlu məşqçilik fəaliyyəti ilə bağlı olub. Belə ki, Flik La Ligada fevral ayı ən yaxşı məşqçi seçilib.
Onun rəhbərliyi altında Kataloniya təmsilçisi bu ay çempionatda keçirdiyi bütün oyunlarda qalib gəlib. "Barselona" "Alaves" (1:0), "Sevilya" (4:1), "Rayo Valyekano" (1:0) və "Las Palmas" (2:0) üzərində qələbə qazanıb.
Üstəlik komanda fevralın 6-da İspaniya Kuboku çərçivəsində "Valensiya"nı darmadağın edib - 5:0.