"Barselona" rəhbərliyi komandanın əsas qol ümidi Robert Levandovskiyə əvəzləyici axtarır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu məqsədlə "Yuventus"a müraciət etməyə hazırlaşır.

Belə ki, ispanlar Turin klubunun hücumçusu Duşan Vlahoviçi gözaltı ediblər. Yaxın vaxtlarda futbolçuya rəsmi təklif göndəriləcəyi gözlənilir

25 yaşlı serbiyalının transfer dəyəri 60 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Vlahoviç cari mövsüm "Yuventus"un heyətində A seriyasında 20 oyuna 6 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.