"Betis"in ulduz futbolçusu "Real Madrid" ilə oyunu buraxmalı olacaq.
Offsideplus.az xəbər verir ki, Antoni "Xetafe"yə qarşı matçın əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə qırmızı vərəqə alıb. Braziliyalı oyunçu bu səbəbdən La Liqanın növbəti turunda "kral klubu" ilə görüşdə iştirak edə bilməyəcək.
"Betis" - "Real Madrid" oyunu martın 1-də baş tutacaq.