İspaniyanın "Real Valyadolid" klubunda 2024/25 mövsümü ərzində ikinci dəfə baş məşqçi istefası gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, La Liganın son turunda doğma divarlar arasında 0:4 hesablı məğlubiyyət argentinalı çalışdırıcı Dieqo Kokkanı işsiz qoyub.
52 yaşlı mütəxəssis bu vəzifəyə ötən il dekabrın 14-də təyin olunmuşdu. Dünya çempionu, braziliyalı Ronaldonun prezidenti olduğu klub yeni baş məşqçiyə cəmi 8 oyunda güvənib. Kokkanın komandası cəmi 1 dəfə qalib gəlib, 7 görüşdə isə məğlubiyyətlə barışıb. Nəticədə 15 xala malik "Real Valyadolid" turnir cədvəlinin axırıncı - 20-ci piilləsinə yuvarlanıb.
Maraqlıdır ki, bu, Kokkanın Avropada ilk iş təcrübəsi olub. Bundan öncə o, Kolumbiyanın "Milyonarios" və Meksika yığmasında çalışıb. Kokkanın meksikalılarla işbirliyi cəmi 7 oyuna sığıb.
Xatırladaq ki, "Real Valyadolid" rəhbərliyi iki ay öncə "Atletiko"ya ağır mğlubiyyətdən (0:5) sonra uruqvaylı Paulo Pessolanoya qapını göstərmişdi.