İspaniya La Ligasının son turunda Madrid "Real"ının yarımmüdafiəçisi Cud Bellinqemə qırmızı göstərən hakim Xose Munuero Monteronun həyatı təhlükədədir.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun fanatları sosial şəbəkələrdə ədalət təmsilçisinə hədə-qorxu gəliblər. Hakimi hətta ölümlə hədələyənlər də olub. 

"Sənin ailən öldürüləcək", "Sən öz uşaqlarına görə qorxmalısan", "Mən səni öldürəcəyəm", "Biz səni küçədə görəcəyik və sən əlil olacaqsan", "O, növbəti dəfə "Bernabeu"ya gələndə, ona nəfəs almağa imkan verməyəcək" - deyə bəzi şərhlərdə qeyd olunub. Ümumilikdə, Monteronun ünvanına sosil mediada 100 mindən çox şərh yazılıb.

Xatırladaq ki, baş hakim "Osasuna" - "Real"ın görüşünün 39-cu dəqiqəsində Bellinqemin onu təhqir etdiyini əsas götürərək, futbolçunu meydançadan qovub. Azlıqda qalan Madrid təmsilçisi ikinci hissədə qol buraxaraq, səfərdən 1 xalla dönüb. Bununla da, "Real"  çempionluq yolunda böyük zərbə alıb.