Barcelona klubunun 2017-2018 mövsümündə əldə etdiyi gəlirin məbləği açıqlanıb.
Offsideplus.az xəbər verir ki, klub il ərzində 1.05 milyard dollar (914 milyon avro) gəlir əldə edib. Kataloniya təmsilçisi eyni mövsümdə bir milyard dollardan çox qazanc əldə edən ilk klub kimi tarixə düşüb.
Klubun proqnozlarına əsasən, 2018/2019 maliyyə ili üçün gəlir 1.105 milyard dollara (960 milyon avro) çatmalıdır. Kataloniya klubu 2021-ci ildə isə bir milyard avro gəlir əldə etməyi qarşıya hədəf qoyub.



