“Barselona”nın müdafiəçisi Serxi Roberto klubda qalmaq istədiyini bildirib.

Offsideplus.az “Esports RAC1”-ə istinadən xəbər verir ki, gələn ilin yayında müqaviləsi başa çatacaq 30 yaşlı futbolçu Kataloniya təmsilçisində çıxışını davam etdirmək istədiyini bildirib.

Serxi Roberto bu mövsüm La Liqa təmsilçisinin heyətində 9 oyun keçirib və 2 qol vurub.